Naxçıvan paxlavası
Naxçıvan paxlavası- unlu Azərbaycan şirniyyatı
500 qram un
150 qram kərə yağı
1 ədəd yumurta
1 stəkan süd
1 çay qaşığı quru maya
yarım çay qaşığı duz
600 qram qoz
600 qram şəkər tozu
hil, vanil
1 yumurtanın sarısı və zəfaran şirəsi
2 stəkan şəkər tozu
1 stəkan su
çay qaşığın ucunda limon duzu
Lap iri kündədən yuxa yayırıq, hər tərəfini yağladığımız listin içinə salıb, kənarlarını düzəldirik.
Yuxanı (təxminən 1,5 x.q ərinmiş yağ) yağlayıb, üstünə iç (1 çay fincanı) səpirik.
İkinci yuxanı açırıq, eyni qaydada davam edirik.
Beləliklə, bütün yuxalar qurtarandan sonra, axırıncı iri kündəni açıb, üstünə salırıq, alt yuxa ilə birləşdirib, artıqlarını kəsirik.
Əvvəlcə romb formasını işarələyib, sonra kəsirik. Zəfəran şirəsi qatılmış yumurta sarısını üstünə çəkəndən sonra hər rombun ortasına qoz qoyub basırıq.
Hazır paxlavanı 200 dərəcədə üstü tam qızarana qədər bişirirk. Qızarandan sonra sobadan çıxarırıq. Bıçaqla bir də kəsirik ki, tökəcəyimiz şərbət məsamələrdən lap altına qədər hopsun.(2 st. şəkər tozuna 1 st.